ABŞ
Ağ Ev təsdiqlədi: İsrail ilk dəfə THAAD-dan istifadə edib
Bu həftə İsraillə Husilər arasındakı gərginlik, Husilərin yeni raket hücumları və İsrailin Yəmənin Səna hava limanına hücumu ilə daha da şiddətlənib.
Publika.az xəbər verir ki, İsrailin ilk dəfə ABŞ istehsalı olan THAAD sistemindən istifadə etdiyi məlum olub.
ABŞ rəsmisi Con Kirbi “Al Arabiya English”ə bildirib ki, həftənin əvvəlində İsrailə atılan raketi vurmaq üçün ABŞ Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) terminalından istifadə edilib.
Pentaqondan bildirilib ki, bu, İsraildəki amerikalıları İranın istənilən ballistik raket hücumundan müdafiə etmək üçün idi.
Son məlumatlara görə, husilər 2023-cü il oktyabrın 7-dən bu günə qədər HƏMAS-a dəstək olaraq İsrailə 200-dən çox raket atıblar və 170 pilotsuz uçan aparat buraxıblar. Ötən gecədə milyonlarla israilli gecəni sığınacaqlarda keçirib.
Aysel Şahmar
-
Region01:11
Narinin qətli ilə bağlı məhkəmə BELƏ QƏRAR VERDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlər ola bilər
-
İdman28 Dekabr 23:00
"Qarabağ"ın "vuran ayağı" "Sevilya"ya keçir - Bu tarixə kimi...
-
Magazin228 Dekabr 21:00
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
-
Ekologiya28 Dekabr 20:12
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Sosial28 Dekabr 19:24
Milli Qəhrəmanın oğlunun toyudur - FOTO
-
Pul28 Dekabr 19:12
Rusiyada dollar və avro YENƏ BAHALAŞDI
-
Qoroskop28 Dekabr 16:24
Bu da məşhur astroloqun proqnozu: 2025-ci ilin ən şanslı bürcləri