İdman
Ağır atletimiz beynəlxalq turnirin qalibi oldu - FOTO
Azərbaycan idmançısı İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən ağır atletika üzrə "Kakhi Cup 2024" beynəlxalq turnirinin qalibi adını qazanıb.
Publika.az xəbər verir ki, təmsilçimiz birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırma hərəkətində isə 181 kq ağırlığı başı üzərinə qaldırıb. İsa Rüstəmov toplam çəkidə 329 kq (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.
İsa Rüstəmov uğurlu çıxışı ilə bağlı Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) rəsmi saytına açıqlama verib: "Bildiyiniz kimi, dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün ümumiyyətlə vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm".
Qeyd edək ki, "Kakhi Cup 2024" beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə AAF adından xatirə hədiyyəsini təqdim edib.
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20Hindistanda An-32 hərbi təyyarəsi qəzaya uğradı - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
Maraq dünyası10:187 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır



































