ABŞ-da hücumu həyata keçirən şəxsin kimliyi bilindi
Bizi izləyin

ABŞ

ABŞ-da hücumu həyata keçirən şəxsin kimliyi bilindi

ABŞ-da avtomobilini izdihamın üzərinə sürmüş şəxsin kimliyi məlum olub.

Publika.az xəbər verir ki, bu barədə yerli "NOLA" nəşri məlumat yayıb.

“Polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində öldürülüb. Çərşənbə günü onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib”, – nəşr vurğulayıb.

Xatırladaq ki, yanvarın 1-də Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində azı 10 nəfər ölmüş, daha 35 nəfər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm