Nəqliyyat
Neft istehsal edən ölkə benzinlə işləyən avtomobillərə "yox" dedi: Tamamilə elektrikə keçdilər
Norveçdə keçən il satılan 10 yeni avtomobildən 9-u akkumulyatorla işləyir. Yeni açıqlanan məlumatlara görə, ölkə 2025-ci ildə yollarda yalnız elektrikli nəqliyyat vasitələrinin olmasını hədəfləyib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Norveç Yol Federasiyasının (OFV) məlumatına görə,2024-cü ildə satılan bütün yeni avtomobillərin 88,9%-ni elektrik avtomobilləri təşkil edib.
Ən çox satılan markalar "Tesla", "Volkswagen" və "Toyota" olub. Çin elektrik avtomobilləri indi yeni avtomobil satışlarının təxminən 10%-ni təşkil edir.
Norveç Elektrikli Avtomobil Assosiasiyasının rəhbəri Kristina Boo, "Norveç dünyada benzin və dizellə işləyən avtomobilləri yeni avtomobil bazarından demək olar ki, tamamilə ləğv edən ilk ölkə olacaq" deyib.
Neft hasil edən Norveç benzin və dizel yanacağı ilə işləyən avtomobillərə ciddi vergilər qoyur, eyni zamanda elektriklə işləyən avtomobilləri daha cəlbedici etmək üçün idxal və əlavə dəyər vergilərindən azad edir, baxmayaraq ki, bəzi rüsumlar 2023-cü ildə yenidən tətbiq edilib.
Mütəxəssislər bu siyasətin yaxşı işlədiyini deyirlər, çünki o, zamanla müxtəlif siyasi baxışlara malik hökumətlər tərəfindən dəstəklənib.
Adəm
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































