Tramp ABŞ-da fövqəladə vəziyyət elan edə bilər
Bizi izləyin

ABŞ

Tramp ABŞ-da fövqəladə vəziyyət elan edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra idxala rüsumlar tətbiq etmək üçün ölkədə fövqəladə iqtisadi vəziyyət elan edə bilər.

Publika.az xəbər verir ki, CNN bu barədə mənbələrə istinadən yazır.

Bildirilir ki, Tramp dövlət başçısına idxala şəxsən nəzarət etməyə imkan verəcək Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktından (IEEPA) istifadə etməyə meyllidir.

Qeyd edək ki, Çin və digər ölkələrdən məhsul idxalına rüsumların artırılması Trampın çıxışlarında ən çox müzakirə olunan mövzulardan biridir. Son açıqlamalarına görə, o, Çin mallarının idxalına 10% əlavə tariflər tətbiq etməyi planlaşdırır, halbuki əvvəllər o, 60-100% rüsumların tətbiqinin mümkünlüyündən danışırdı. ABŞ prezidenti digər ölkələrdən idxala görə, bütün mallara 10% rüsum tətbiq etməklə hədələyib. Lakin sonradan Tramp Meksika və Kanada üçün 25% ayrı idxal rüsumları vəd edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm