ABŞ
Hollivud ulduzlarının mülkləri alovlar içərisində: Paris Hiltonun evi yandı - FOTO
Məşhur amerikalı teleaparıcı, aktrisa və model Paris Hiltonun Malibudakı evi Kaliforniyanın Los-Anceles şəhərində tüğyan edən yanğın nəticəsində tamamilə yanıb.
Publika.az xəbər verir ki, bu barədə TMZ portalı yazır.
Portalın mənbələrinin məlumatına görə, Hiltonun evi yanıb və onu bərpa etmək mümkün deyil. Qeyd olunur ki, model orada daimi yaşamayıb: “Hiltonun Malibu çimərlik evi yanan dağıntı yığınına çevrildi. Bu, onun əsas iqamətgahı deyil, lakin bu, Hilton üçün böyük itkidir”.
Kaliforniya Yanğınsöndürmə İdarəsi bildirir ki, Los-Ancelesdəki yanğınların ümumi sahəsi təxminən 11 min hektara çatıb. Yanğın mindən çox binanı məhv edib, azı 5 nəfər həlak olub.
Güclü küləklər və davam edən quraqlıq səbəbindən yanğın amerikalı məşhurların yaşadığı yüksək səviyyəli "Pacific Palisades" məhəlləsinə yaxınlaşıb. 250 minə yaxın insan işıqsız qalıb. Sakinlər təxliyə edilir. Kaliforniyada fövqəladə vəziyyət elan edilib. Co Bayden yanğın səbəbindən İtaliyaya səfərini təxirə salıb.
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı
-
Elm və təhsil23 Yanvar 20:44Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı















.jpg)



















