Magazin1
Azərin yas mərasimində bəzi gözlədiyim simalar yox idi... - İlkin Həsəni
"Həyat bəzən bizə çox ağır imtahanlar verir. Bu yaxınlarda böyük bir itki yaşadım: yaxın dostum Azər, uzun sürən böyrək çatışmazlığından sonra bu dünya ilə vidalaşdı. Onun itkisi məni dərin düşüncələrə saldı, həyatı daha yaxından anlamağıma səbəb oldu".
Publika.az xəbər verir ki, bunu aparıcı İlkin Həsəni yanvarın 5-də vəfat edən dostu, aktyor Azər Baxşəliyev barədə bildirib.
"Üç gün süni tənəffüs aparatına qoşulu qaldığı zaman, yerli media onu "öldürüb - dirildəndə", biz xəstəxananın soyuq divarları arasında yalnız bir möcüzə ümidi ilə göz yaşlarımızı gizlədə-gizlədə gözləyirdik.
O günlər xəstəxanaya çox insan axın etdi. Bəzi tanış simalar, dostlar və bəzi yad insanlar. Hamının üzündə qəribə bir kədər var idi. Dualar, yalvarışlar havada dolaşır, amma bir fayda etmirdi.
Yanvarın 5-i səhər... Azər evə buraxıldıqdan sonra gözlərim qarşısında son nəfəsini verdi. O an həyatımda ilk dəfə bu qədər böyük bir dünyanın dayandığını hiss etdim, dostlarımın hönkür-hönkür ağladığını ilk dəfə idi ki, gördüm. Azərin bu qədər sevildiyini, onun xatirəsinə təmənnasız sevgi göstərilən anların şahid oldum. Xəstəxanaya böyrək donoru olmaq üçün yetişənlərdən tutmuş, səhər 9-da qəbrinə gül dəstələri düzən tamaşaçılara qədər...
Azəri son dəfə gördüm. Böyük sevincimizi, kədərimizi paylaşdığımız insan, indi qarşımda susurdu. Onun bədənindəki gizli yaraları gördüm, amma bu yaralar yalnız fiziki deyildi, son illər hamıdan gizlətdiyi acılarını simvolizə edirdi.
Azərin yas mərasimində 900-ə yaxın insan gəldi. Heç gözləmədiyim insanlar oradaydı, amma bəzi gözlədiyim simalar yox idi. Bəlkə də onların daha vacib işləri var idi...
Bu da bir dərsdir.
Bu bir neçə gün ərzində bir neçə il böyüdüm. Həyat kitabının yazılmamış qanunlarını oxudum. Bəzən şərin, kədərin öyrətdiyi dərsə doymalı oluruq, bilirəm ki, həyat davam edir. Zaman hər yaranı sağaldacaq amma bəzi anlar, bəzi insanlar var ki, onları heç vaxt unutmaq mümkün deyil.
Azik, cənnətdəsənsə, bilirəm, indi orada da 2-3 gündür tanıdığın adamlarla deyib-gülüb, arada onları «darıxma» deyə-deyə yola verirsən.
Biz isə darıxırıq, sevirik, unutmuruq", - deyə aparıcı vurğulayıb.
Ləman
-
ABŞ11:57
Trampın Ukrayna üzrə nümayəndəsindən Rusiyaya bəd xəbər: Güzəşt olmayacaq
-
Dünya10:56
Si Cinpin əmr verdi: O iqtisadçını cəzalandırın
-
İdman10:14
"Sevilya" Juninyodan əl çəkmir: İspan jurnalistdən eksklüziv açıqlama
-
Hadisə10:02
Qatarın altına düşüb ölən tələbə şəhid qardaşı imiş - FOTO
-
ABŞ09:13
Hollivud ulduzlarının mülkləri alovlar içərisində: Paris Hiltonun evi yandı - FOTO
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var - SİYAHI
-
Ekopublika.az07:35
Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək?
-
Qoroskop00:35
Günün qoroskopu: uzunmüddətli investisiyalar üçün uyğun vaxtdır