ABŞ
Trampın QORXULU SSENARİSİ: "Hərbi güc də daxil olmaqla, bu əraziyə..."
"Tramp administrasiyası lazım bildiyi təqdirdə, hərbi güc də daxil olmaqla Qrenlandiyaya qarşı bütün tədbirləri nəzərdən keçirməyə hazırdır".
Publika.az ABC telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz deyib.
"Prezident Tramp həmişə bütün variantları açıq qoyur, lakin mövcud razılaşmaları dəyişdirməyin bir çox yolu da var", - deyə Uolz ABŞ-ın adaya qarşı potensial hərbi əməliyyatı barədə suala cavab verib.
Qeyd olunubki, Qrenlandiya 2019-cu ildə Tramp adanı Danimarkaya satmağı təklif edəndə artıq ABŞ-da müzakirə mövzusu olub. Bu təklif Danimarka hökumətinin son dərəcə mənfi reaksiyasına səbəb olub.
Bir gün əvvəl Pentaqonun keçmiş əməkdaşı Duqlas MakKinnon ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kuba və KXDR daxil olmaqla bir sıra əraziləri əldə etmək imkanını nəzərdən keçirə biləcəyini söyləyib.
Bir neçə gün əvvəl Donald Tramp sosial mediada Kanadanın ilhaq edilmiş xəritəsini paylaşmışdı.
Hüseyn İbadlı
-
Magazin218:48Cenifer Lopez ona həsr etdiyi xatirə döyməsini də SİLDİRDİ
-
Sosial17:26Azərbaycanda vəzifəli şəxs cərimələndi
-
Sosial17:07Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazirin qızı kimdir?
-
Cənubi Qafqaz16:32Ter-Petrosyan Qarabağla bağlı Paşinyana hansı məsləhəti verib? - Detallar açılır
-
Rəsmi xronika15:28İlham Əliyev fərman imzaladı
-
Sosial15:03Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini əxlaqsız kimi təqdim etdi - Nazirlik qadağa qoydu
-
Magazin114:38Xalq artistindən İlhamə Quliyeva ilə bağlı ilginc açıqlama: Çox qəlblər qırırdı...
-
Qoroskop13:43Bütün bürclərə şad xəbər: Qarşıdakı 3 gün ərzində...











.jpg)


























