ABŞ
Trampdan “Sülh Şurası” ilə bağlı ŞOK TƏLƏB - Bu dövlətlər 1 milyard dollar ödəməlidir
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkələrin Qəzza sektoru üzrə yaradılacaq “Sülh Şurası”nda daimi yer əldə etməsi üçün ən azı 1 milyard dollar ayırmasını təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri şuranın nizamnamə layihəsinə istinadla məlumat yayıb.
Sənəddə qeyd olunub ki, iştirakçı dövlətlər nizamnamə qüvvəyə mindikdən sonra öz səlahiyyətlərini üç il müddətində icra edəcəklər. Bununla belə, şura sədrinin qərarı ilə bu müddət uzadıla bilər.
Eyni zamanda, nizamnamədə bildirilir ki, sənədin qüvvəyə mindiyi ilk il ərzində şuraya 1 milyard ABŞ dollarından artıq vəsait ayıran dövlətlər üçün üçillik müddət məhdudiyyəti tətbiq olunmayacaq.
Nizamnaməyə əsasən, “Sülh Şurası”nın tərkibinə hansı ölkələrin dəvət ediləcəyinə birbaşa Donald Tramp qərar verəcək. Şurada qərarlar səs çoxluğu ilə qəbul ediləcək və hər ölkənin bir səsi olacaq. Bununla yanaşı, qəbul edilən bütün qərarların şura sədri tərəfindən təsdiqlənməsi zəruri sayılır.
Hüseyn İbadlı
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi




































