Elm və təhsil
Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır.
Bildirilib ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib:
"Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir. Bununla yanaşı bildiririk ki, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır".
Agentliyin məlumatında vurğulanıb ki, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:
"Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik təminatı normal qaydada həyata keçirilir".
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
-
Nida Xəbər 13:58Prezidentin sosial media hesablarında Bakıdakı forumda iştirakına dair video paylaşıldı
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Nida Xəbər 10:29Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir







.jpg)














.jpg)















