Avropa
Şahzadə Harri məhkəmədə ifadə verdi
Sasseks hersoqu Şahzadə Harri “Daily Mail” və “Mail on Sunday” qəzetlərinin nəşriyyatçısı olan “Associated Newspapers Limited” (ANL) şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmədə ifadəsini yekunlaşdırıb.
Publika.az xəbər verir ki, məhkəmənin üçüncü günündə çıxış edən Şahzadə Harri emosional anlar yaşayıb. O bildirib ki, bu prosesdə onun üçün ən ağır məqam ANL-in “həyat yoldaşının ömrünü tam mənası ilə cəhənnəmə çevirməsi”dir. Harri əlavə edib ki, məhkəmədə bu hadisələri yenidən xatırlamaq onun üçün təkrar-təkrar yaşanan travmatik bir təcrübədir.
Şahzadə ifadəsində “Mail on Sunday” qəzetinin bir müxbirinin onun harada olduğunu bilməsinin mümkün olmadığı məkanlara qəfil gəldiyini deyərək, bunu tammiqyaslı izləmə və daimi nəzarət kimi xarakterizə edib. O, həmçinin anası Şahzadə Diananın ölümündən sonra mətbuatla münasibətlərinin hər zaman gərgin olduğunu vurğulayıb və həyat yoldaşına qarşı mətbuatın davranışlarından ciddi narahatlıq keçirdikdən sonra hüquqi addım atmağa qərar verdiyini bildirib.
Harri deyib ki, o, heç vaxt şəxsi həyatının kommersiya məqsədilə “açıq ov mövsümü”nə çevrilməsinə inanmayıb və həyatının ictimai maraq obyekti olmadığını qətiyyətlə ifadə edib. Onun sözlərinə görə, yeniyetmə yaşlarından etibarən şəxsi həyatının bütün aspektlərinə müdaxilə edilib, telefon danışıqları dinlənilib, uçuş məlumatları əldə olunub və hərəkət marşrutları izlənilib: “Burada oturub bütün bunları yenidən yaşamaq və qarşı tərəfin müdafiə olaraq mənim məxfilik hüququmun olmadığını iddia etməsi iyrəncdir”.
Qeyd edək ki, Şahzadə Harri də daxil olmaqla yeddi tanınmış şəxs ANL-i 20 il ərzində məlumatları qanunsuz yolla toplamaqda və ağır məxfilik pozuntularına yol verməkdə ittiham edir. İddiaçılar arasında musiqiçi Elton Con, onun həyat yoldaşı Devid Furniş, kampaniyaçı Baronessa Doreen Lourens, siyasətçi Saymon Hyuz, eləcə də aktrisalar Sedi Frost və Liz Hörli də var.
(Azərtac)
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































