ABŞ
Trampı Davosa aparan təyyarədə nə baş verib? - Pilot danışdı
Donald Trampı Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) aparan təyyarəsində nə baş verib? ABŞ prezidentinin təyyarəsi niyə yarı yolda məcburi eniş edib?
Publika.az xəbər verir ki, rusiyalı hərbi pilot və general-mayor Vladimir Popov bu suallara cavab tapmağa çalışıb.
O, nasazlığın səbəbi barədə "Aif.ru"ya danışıb: "Bunun cinayət olması ehtimalı azdır. Çox güman ki, mühərrik generatoru və ya kabinənin köməkçi həyat təminatı sistemi sıradan çıxıb".
Popov əlavə edib ki, bəzi hallarda yalnız müəyyən naviqasiya, əməliyyat və təhlükəsizlik komponentlərinin işlək vəziyyətdə olması, digər komponentlərin isə ehtiyaca uyğun olaraq yenidən aktivləşdirilməsi üçün artıq gərginliyi aradan qaldırmaq lazım gəlir. Bu, kabin işıqlarının sönməsinə, sonradan yenidən yandırılmasına və ya təcili yardım sisteminə keçirilməsinə səbəb ola bilər.
Mütəxəssis, həmçinin qeyd edib ki, bu cür hallar üçün aydın prosedurlar mövcuddur. Əgər uçuşdan əvvəl nasazlıq baş verərsə, dərhal ehtiyat təyyarəsi işə salınır.
Qeyd edək ki, Donald Trampı Davosa aparan "Air Force One" təyyarəsi bazaya qayıtmaq məcburiyyətində qalıb və dövlət başçısı ehtiyat təyyarəyə minib. Təyyarədə olan jurnalistlərin sözlərinə görə, uçuş zamanı kabin işıqları qısa müddətə sönüb.
Adəm
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?















.jpg)
.jpg)

















