Dünyanın ən bahalı şam yeməyi: Trampla ünsiyyət üçün sərvət ödədilər
Bizi izləyin

ABŞ

Dünyanın ən bahalı şam yeməyi: Trampla ünsiyyət üçün sərvət ödədilər

Trampın andiçmə mərasimi ərəfəsində ənənəvi bazar günü şam işığında şam yeməyi dünyanın ən bahalı yeməyi olub.

Publika.az xəbər verir ki, Vaşinqtondakı Milli Qalereyada olmaq istəyənlər bu hüquqa görə andiçmə mərasiminə ianə şəklində ən azı bir milyon dollar ödəyiblər. Bununla belə, boş yer olmayıb.

Trampın şam yeməyində seçilmiş qonaqlar arasında İlon Mask və Ceff Bezos və həyat yoldaşı Lauren Sançes də yer alıb. İctimai xadimlər və biznes liderləri Trampın və ya onun həyat yoldaşı Melaniyanın diqqətini çəkmək və ya ən azı prezidentin övladları kiçik Donald və Erik ilə qısaca ünsiyyət qurmaq üçün axın ediblər.

Şam yeməyindən əldə olunan gəlirin 200 milyon dollardan çox olduğu iddia edilir. Trampın ilk andiçmə mərasimində isə “giriş biletləri” yarı qiymətə – 500 min dollara olub. Hökumətlə iş görmək istəyən iri iş adamları arasında bu, yaxşı investisiya hesab olunur.

Axşamın sonunda Donald Tramp həyat yoldaşı Melaniyanın müşayiəti ilə səhnəyə çıxıb: “Bu, əla gün oldu, sabah isə daha bir gözəl gün olacaq. Sabah millətimizi xilas etməyə və Amerikanı yenidən möhtəşəm etməyə başlayacağımız gündür”.

(Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm