ABŞ
Panama kanalını geri qaytaracağını deyən Trampa sərt CAVAB
ABŞ Prezidenti Donald Tramp Panama kanalında ABŞ bayrağı altında üzən gəmilərdən alınan rüsumlardan narazılığını bildirib.
Publika.az xəbər verir ki, Tramp yaxında Panamanı qaytaracağını söyləyib.
"Çin Panama kanalına nəzarət edir, biz onu Çinə verməmişik. Biz onu Panamaya verdik. Və biz onu geri qaytaracağıq", - deyə o qeyd edib.
Panama Prezidenti Xose Raul Mulino isə Donald Trampın Panama kanalına nəzarəti ələ keçirmək niyyətində olduğuna dair iddialarını sərt tənqid edib.
O, bu barədə "X" sosial şəbəkəsində yazıb:
"Panama Respublikası və onun xalqı adından Prezident Donald Trampın Panama kanalı ilə bağlı inauqurasiya nitqində söylədiyi bəyanatları qəti şəkildə rədd etməliyəm. Dekabrın 22-də xalqa müraciətimdə dediklərimi təkrar edirəm, Kanal Panamanın bir hissəsidir və elə də qalır, onun idarəsi onun daimi neytrallığına ciddi riayət etməklə, Panamanın nəzarəti altında qalacaq”.
Mulion vurğulayıb ki, ABŞ ilə danışıqlara hazırdırlar: "Dialoqa hazırıq, lakin təslim olmağa yox".
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi



















.jpg)



















.jpg)

