Region
Türkiyə buna görə Ermənistana təşəkkür etdi

Ermənistanın axtarışda olan iki nəfəri Türkiyəyə verdiyi barədə məlumat yaymışdıq.
Publika.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb və Ermənistanın əməkdaşlığını yüksək qiymətləndirib.
Qeyd edək ki, yanvarın 19-da Ermənistan İnterpolun sorğusuna cavab olaraq mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Türkiyə Daxili İşlər Nazirliyi də öz növbəsində qeyd edib ki, ekstradisiya edilən şəxslərdən biri Erkan Yılmaz cinayət təşkilatına rəhbərlik edib, digəri isə İbrahim Kaymak bu qruplaşmanın üzvü olub.
Türkiyə departamenti Ermənistan ədliyyə nazirinin müavini Tiqran Daduntsa Ordu vilayətinin polis idarəsi ilə əməkdaşlığa görə təşəkkür edib.
Türkiyə mətbuatı xəbər verir ki, Yılmaz Türkiyədə 43 həbs qərarı ilə 15 il axtarışda olub, son 14 ildə isə beynəlxalq axtarışda olub. İbrahim Kaymak 6 ildir ki, 10 order əsasında milli orqanlar tərəfindən axtarışda olub və bir il əvvəl İnterpolun məlumat bazasına əlavə edilib.
Ermənistan onları İnterpolun Qırmızı Bildirişlə təqdim etdiyi sorğuya cavab olaraq Türkiyəyə təhvil verib.
Tural

-
Hadisə10:48
Ucarda 14 avtomobilin iştirakı ilə qəza: ölən və xəsarət alanlar var - YENİLƏNDİ
-
Avropa09:00
Ukrayna ABŞ-ın ZƏİF DAMARINI TUTDU - Yumurta verək, silah verin
-
Magazin108:36
Dostları onun həyatından danışdılar: "Bir gün zəng gəldi..." - VİDEO
-
Magazin206:16
Hadisə açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Dünya05:15
85 yaşlı qadın öz dəfn mərasimində AYILDI
-
Magazin203:43
Ayden Şener bu qərarına görə PEŞMAN OLUB: "Təklifləri qəbul etmədim"
-
Magazin103:13
Kənan ailə qurur - Qız toyundan FOTOLAR
-
Sosial00:30
Məryəm Ələkbərli qəfil öldü - FOTO