ABŞ-da təyyarə qəzasında həlak olan idmançıların sayı açıqlandı
Bizi izləyin

ABŞ

ABŞ-da təyyarə qəzasında həlak olan idmançıların sayı açıqlandı

Vaşinqtonda təyyarə qəzası nəticəsində 28 konkisürən, məşqçi və onların ailə üzvləri həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində ABŞ Fiqurlu Konkisürmə Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurbanlar arasında 11 aktiv idmançı olub.

Yanvarın 29-da ABŞ fiqurlu konkisürmə çempionatının keçirildiyi Kanzas ştatının Viçita şəhərindən havaya qalxan təyyarə Vaşinqton səmasında hərbi helikopterlə toqquşub və Potomak çayına düşüb. Təyyarədə 60-dan çox sərnişin və ekipaj üzvü, o cümlədən konkisürmə üzrə 1994-cü il dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov, SSRİ çempionatının bürünc mükafatçısı İnna Volyanskaya və keçmiş rusiyalı fiqurlu konkisürən Aleksandr Kirsanov da olub. Onların hamısı ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm