Trampla telefonla danışdı, tarifləri ləğv etdirdi
Bizi izləyin

ABŞ

Trampla telefonla danışdı, tarifləri ləğv etdirdi

ABŞ prezidenti Donald Tramp Meksika mallarına tətbiq etdiyi 25%-lik rüsumu ləğv etməyə razılaşıb.

Publika.az xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum bildirib.

O, tariflərin bir ay müddətinə dayandırıldığını qeyd edib.

Məlumata görə, Şeynbaum Trampla telefonla danışaraq buna nail olub.

Tərəflər təhlükəsizlik və ticarətlə bağlı da razılıq əldə edib.

Bildirilib ki, Meksika narkotik qaçaqmalçılığını dayandırmaq üçün dərhal ABŞ sərhədinə 10 min milli qvardiya əsgəri yerləşdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm