USAID-in administratoru vəzifəsini o icra edir
Bizi izləyin

ABŞ

USAID-in administratoru vəzifəsini o icra edir

“Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru vəzifəsini icra edirəm”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda USAID-in mənzil-qərargahı bağlıdır, işçilərə elektron poçt vasitələri ilə evdə qalmalarına dair tapşırıq gəlib.

Qeyd edək ki, USAID Donald Tramp və İlon Maskın federal hökumətdə islahatlar aparmaq səyləri fonunda bağlanmaqla üz-üzə qalıb. Tramp və onun müttəfiqləri Konqres tərəfindən müstəqil bir qurum kimi yaradılan agentliyin açıq şəkildə təktərəfli olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm