ABŞ
Epşteynin "qara kitabı"na giriş açıla bilər - ABŞ daha bir qalmaqalın astanasında
ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtması nəhayət ictimaiyyətə Ceffri Epşteynin çoxdan gözlənilən “qara kitabını” oxumaq şansı verə bilər, çünki mərhum maliyyəçi və seks alverçisi ilə bağlı suallar onun federal həbsxanada ölü tapılmasından illər sonra artmaqda davam edir.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Uzun müddətdir hökuməti Epşteyn və onun potensial tərəfdaşlarına qarşı daha çox dəlil ortaya qoymağa çağıran Tennessi ştatının senatoru Marşa Blekbern Senatda Trampın FTB direktoru Keş Patelin namizədliyinin təsdiqlənmə dinləməsi zamanı bu məsələni qaldırıb.
"Mən illərdir bunun üzərində işləyirəm, Epşteynin təyyarəsində kimin uçduğu və ona bu beynəlxalq seks alveri və insan alveri şəbəkəsini yaratmağa kömək edən kəşfiyyat məlumatları əldə etməyə çalışıram", - deyə Blekbern bildirib.
O, keçmiş komitə sədri, senator Dik Durbini məlumatları yoxlamaq üçün inandırmaq cəhdlərinin uğursuz olduğunu və FTB-nin keçmiş direktoru Kristofer Reynin məlumat verməkdən imtina etdiyini söyləyib.
"Cinsi alver şəbəkələri yaratmaqda Cefri Epşteynlə kimin əməkdaşlıq etdiyini bilmək üçün mənimlə əməkdaşlıq edəcəksinizmi?", - Blekbern Pateldən soruşub.
"Doğrudur, senator. Amerika Birləşmiş Ştatlarında uşaq cinsi alverinə yer yoxdur və mən FTB direktoru kimi təsdiq olunsam, itkin düşən və istismar edilən uşaqların işi ilə bağlı Amerika ictimaiyyətinə daha çox məlumat vermək üçün hər şeyi edəcəyəm", - deyə Patel vurğulayıb.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkdakı federal həbsxanada məhkəməni gözləyərkən intihar edib. O, əksəriyyəti 14 yaşında olan onlarla qıza qarşı cinsi təcavüzdə ittiham olunduğunu etiraf edib.
Adəm Abbaslı
-
Region13:20
İrəvan metrosunda insident: Ermənistanı qorxuya salan 5 nəfər əcnəbi sərhəddə saxlanıldı
-
Nida Xəbər 12:59
Milli Məclisdə skandal: Spiker deputata irad bildirdi
-
Dünya12:08
Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd "F-16" göndərir
-
Hadisə11:32
DTX və DİN 8 nəfəri belə məhv etdi - VİDEO
-
ABŞ11:00
Bu təşkilat dəli radikallar tərəfindən idarə olunurdu - Trampdan sensasion iddia
-
MDB10:48
İngiltərəli muzdlu Ukrayna müharibəsində öldürüldü: Cəmisi 18 yaşı vardı
-
İdman09:24
Putini o əvəz edəcək: ABŞ-da şok iddia - FOTO
-
Region09:12
Dəhşətli qəza: Avtomobillər körpüdən aşdı, xeyli ölən və yaralanan var - VİDEO