ABŞ
Çinin Trampa cavabı gecikmədi: Pekindən ABŞ məhsullarına əlavə vergi tətbiqi
Çin ABŞ-dan gələn neft, avtomobil, pikap və kənd təsərrüfatı maşınlarına əlavə 10 faiz, kömür və mayeləşdirilmiş təbii qaza (LNG) isə 15 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Pekin bu yolla ABŞ prezidenti Donald Trampın Çin məhsullarına əlavə 10 faiz vergi tətbiq etmək qərarına cavab verib. Çin Dövlət Şurası ABŞ-ın bəzi məhsullarına 15 faizə qədər əlavə gömrük rüsumları tətbiq etmək qərarına gəlib.
“ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tariflər Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozur. Bütün bunlar Çin və ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığa mane olur”, - Dövlət Şurasının Tariflər və Təsnifat Komitəsinin bəyanatında deyilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 1-də imzaladığı sərəncamla Çindən idxala əlavə 10 faiz gömrük rüsumu tətbiq edib. Çin Birləşmiş Ştatların haqsız hərəkətlərinə cavab olaraq məhkəməyə müraciət etməklə öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün müvafiq əks tədbirlər görəcəyini bildirib.
Aysel Şahmar
-
Rəsmi xronika15:48
Prezident fərman imzaladı
-
İqtisadi gündəm14:32
Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ
-
Kriminal14:14
Goranboyda biabırçılıq: İşləməyə gələn 21 yaşlı qızın başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT
-
ABŞ13:34
Trampın qızı idman zalından açıq-saçıq geyimdə FOTO paylaşdı - Yazdı ki...
-
Sağlamlıq12:46
İnsanlar üçün QORXULU GÜN: Fevralın 8-də...
-
Sosial10:54
Əcnəbilər rayonlara niyə getmir?
-
Magazin210:24
Seda Sayan cinayət başında yaxalandı: axtarış zamanı görün nələr tapılıb
-
Nida Xəbər 09:54
DİN və DSX-dən birgə əməliyyat: iranlı balıqçılar saxlanıldı - VİDEO