Kanadalılardan ABŞ-a sərt cavab: imtina etməyə başladılar
Bizi izləyin

ABŞ

Kanadalılardan ABŞ-a sərt cavab: imtina etməyə başladılar

Kanadalılar Donald Trampın ölkədən gələn mallara 25 faizlik gömrük rüsumları tətbiq etmək qərarına görə Amerika mallarını boykot və ABŞ-a səfərlərini ləğv etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

“Dağıdıcı ticarət müharibəsi ilə üzləşən kanadalılar Arizona səfərlərini ləğv etməyə, ərzaq mağazalarında Florida portağallarından imtina etməyə, Milli Basketbol Assosasiyasının və Milli Xokkey Liqasının oyunları başlayanda ABŞ himnini yüksək səslə səsləndirməyə başlayıblar”, - nəşr yazır.

Bildirilir ki, kanadalılar ABŞ-dan gətirilən məhsulları qaytarmağa və "Netflix" xidmətinə abunəlikləri ləğv etməyə başlayıblar. Bundan əlavə, kanadalılar "Amerika qida zəncirlərindən imtina" planlarını açıqlayıblar.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm