Paşinyandan SƏRHƏD AÇIQLAMASI - İrəvan buna hazırdır
Bizi izləyin

ABŞ

Paşinyandan SƏRHƏD AÇIQLAMASI - İrəvan buna hazırdır

Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – o qeyd edib.

Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm