ABŞ
"ABŞ İran-İsrail münaqişəsinə müdaxilə edə bilər" - Trampdan TƏCİLİ AÇIQLAMA
"ABŞ İsrail və İran arasında münaqişəyə müdaxilə edə bilər".
Publika.az xəbər verir ki, bunu "ABC News"a şərhində ABŞ lideri Donald Tramp deyib.
“Biz İsrail və İran arasında davam edən münaqişəyə müdaxilə edə bilərik”, - deyə o, Vaşinqtonun hazırda münaqişəyə qarışmadığını vurğulayıb.
Tramp bunun hansı ssenari üzrə baş verə biləcəyini açıqlamayıb.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin İran və İsrail arasında vasitəçi olmaq qərarına gəlsə, ona “açıq” olacaq .
"O, hazırdır. Bu barədə mənə zəng etdi. Bu barədə uzun söhbətimiz oldu", - siyasətçi əlavə edib.
Daha əvvəl Amerika prezidenti bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən razılaşma ölkələr arasında gərginliyə “asanlıqla” son qoya bilər.
Bununla belə, o, xəbərdarlıq edib ki, İranın Birləşmiş Ştatlara hər hansı bir hücumu ABŞ ordusunun "tam gücünün" İslam Respublikasına "əvvəllər heç vaxt görülməmiş miqyasda" vurulması ilə nəticələnəcək.
Hüseyn İbadlı
-
İdman20:12Türkiyədə saxlanılan sabiq voleybolçudan Ekrem İmamoğlu AÇIQLAMASI
-
MDB20:00Kadırovun qəzaya uğradığı deyilən oğlu qızıl medalla təltif edildi - VİDEO
-
Region19:48Xameneidən ETİRAF: "Xalqın dolanışığı həqiqətən çətindir"
-
Art19:36Hikmətin qalmaqallı serialının YAYIMI DAYANDIRILDI
-
Region18:48İranda etiraz aksiyalarının təşkilatçıları həbs olundular
-
Region17:54Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı həbs olundu
-
Hadisə17:47Keçmiş məmurun oğlunun milyonluq dələduzluğunun detalları
-
İdman17:37Daha bir idmançı müharibənin qurbanı oldu






.jpg)












.jpg)

.jpg)


.jpg)









