Ekologiya
Azərbaycana soyuq hava dalğası gəlir
Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü qar yağışı və kəskin şaxtalı hava şəraiti bölgədə hava proseslərinə təsiri ilə diqqət çəkir. Bu fondda sözügedən hava sistemlərinin Azərbaycana mümkün təsirləri maraq doğurur.
Publika.az xəbər verir ki, meteoroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında qonşu ölkələrdə müşahidə olunan qarlı və şaxtalı hava şəraitinin eyni dərəcədə ölkəmizə təsir göstərməsə də, meteoroloji proqnozlara əsasən, bu soyuq hava dalğasının özünü iki mərhələdə büruzə verəcəyini bildirib.
Onun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olan hava kütlələri Qafqaz dağları ilə qarşılaşdıqda və Xəzər dənizinin təsiri ilə çox vaxt öz termodinamik xüsusiyyətlərini dəyişir: "Türkiyədə hökm sürən qarlı hava şəraiti və Rusiyadan (Moskvadan) gələn Arktika mənşəli soyuq hava kütlələri Azərbaycana yanvarın 17-si gündüzdən etibarən daxil olmağa başlayacaq və bu proses yanvarın 22-dək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8°C enəcək".
Meteoroloq əlavə edib ki, Bakıya sulu qar, rayonlara qar yağacaq: "Paytaxt Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi proqnozlaşdırılır.Dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yüksək dağlıq ərazilərdə isə temperaturun mənfi 15-20°C-dək düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi temperaturun daha aşağı hiss olunmasına (effektiv temperatur) səbəb olacaq".
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?











.jpg)










.webp)










.jpg)


