Pentaqondan "müharibəyə hazırlaşın" MESAJI - “Qlobal risklər sürətlə artır”
Bizi izləyin

ABŞ

Pentaqondan "müharibəyə hazırlaşın" MESAJI - “Qlobal risklər sürətlə artır”

"Amerika Birləşmiş Ştatları potensial hərbi münaqişəyə hazır olmalıdır".

Publika.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dən Keyn bildirib.

Onun çıxışının yayımı "PBS NewsHour"un "YouTube" kanalında dərc olunub.

Keyn qeyd edib ki, ABŞ hazırda dinamik və potensial təhlükəli dövrdə yaşayır, qlobal risklər sürətlə artır. General əlavə edib ki, Vaşinqtonun rəqibləri bu gün əvvəlkindən daha koordinasiyalı şəkildə hərəkət edirlər.

30 sentyabr tarixində ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset generallar və admirallarla görüşdə bildirib ki, Pentaqonun yeni missiyası yalnız döyüş əməliyyatlarının aparılması olacaq.

5 sentyabrda ABŞ Prezidenti Donald Tramp Pentaqonun adının dəyişdirilərək “müharibə nazirliyi” adlandırılması ilə bağlı fərman imzaladığını açıqlayıb. Onun sözlərinə görə, “müdafiə nazirliyi” adı çox liberal səslənir, “müharibə nazirliyi” isə dünyadakı vəziyyəti nəzərə alaraq daha uyğun gəlir.

Hegqet isə əlavə edib ki, ABŞ 1947-ci ildə “müharibə nazirliyi”nin adını dəyişdikdən sonra heç bir böyük münaqişədə qələbə qazanmayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm