Magazin1
“Beş gün əvvəl Şuşada idik”
“Son 5 ildə biz ancaq Şuşa və Qarabağ sözü ilə yaşadıq. Keçən il balaca oğlunun 1 yaşı tamam olmamış onu Şuşaya apardı. Dedi, qoy getsin, uşaqlıqdan sevsin oranı. Uşaqlar ora getdikdən sonra hər həftə sonu deyirdilər ki, bağa getmək istəmirik, Şuşaya getmək istəyirik”.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cabir İmanovla vida mərasimində qardaşı Tahir İmanov deyib. O, 5 gün əvvəl Şuşada olduqlarını bildirib:
“5 gün əvvəl biz Cabirlə, ailələrimizlə yenə getdik Şuşaya. Bəstəkar Süleyman Ələsgərov haqqında ailəmiz tərəfindən çəkilən bədii filmin çəkilişləri üçün. Keçən həftənin 3-cü günü qayıtmışıq. Heç vaxt film haqqında danışmamışam, ancaq bu ekran işi onun nəvələri, nəticələri ilə sonlanır. Cabir də o sonluqda iştirak edir. Film çəkildikdən sonra, mənə dedi ki, uşaqlar getsin, biz gedək gəzək. Getdik, gəzdik. Son dəfə Şuşada gəzdik. Çəkilişləri zamanı dronumuz Daşaltıya düşmüşdü. Dedim Cabir, o tapılmasa, məni bağışla, uşaqları yenə bura gətirməliyik, yenidən çəkiliş etməliyik. Dedi, birincisi bu, mənim borcumdur, həm də uşaqlarla Şuşaya gəlmək böyük xoşbəxtlikdir”. (OLAY)
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər


































