Əfsanəvi Pyer Rişar Bakıdan danışdı: "Kürünü cibimə..."
Bizi izləyin

Art

Əfsanəvi Pyer Rişar Bakıdan danışdı: "Kürünü cibimə..."

Məşhur fransız aktyoru Pyer Rişar Azərbaycana səfərindən danışıb.

Publika.az xəbər verir ki, aktyor "Vestnik Kavkaza"nın əməkdaşı ilə söhbətində ölkəmizlə bağlı yaddaqalan anlarını bölüşüb. 20 il əvvəl Azərbaycana səfər etdiyini vurğulayan məşhur kinoaktyor Bakı ilə Parisi müqayisə edib:

“Məni ən çox heyrətləndirən orada kürü almağın hələ də mümkün olması idi. Satıcı kürünü cibimə elə basdı ki, elə bildim, ucuz paştet verir. Bildiyiniz kimi, Parisdə kürünün qiyməti çox bahadır. Bu səbəbdən, heyran qalmışdım. Bakını sevməmək mümkün deyil…”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm