Əməkdar artist belə yad ediləcək – FOTOLAR
Bizi izləyin

Art

Əməkdar artist belə yad ediləcək – FOTOLAR

Aprelin 30-da əməkdar artist, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Dövlət Musiqili Teatrının aktyoru Xanlar Muradovun 70 yaşı tamam olur.

Publika.az xəbər verir ki, mərhum aktyorun xatirəsi anılacaq. Həmin gün axşam saat 19.00-da O.Kazımi və R.Heydərin “Qızıl toy” adlı ikihissəli musiqili komediyasının növbəti nümayişi aktyorun 70 illiyinə həsr olunacaq. Aktyor vaxtilə bu tamaşada Rəhim kişi obrazında çıxış edib.

Teatrın truppa müdiri Vidadi Həsənov aktyorla bağlı fikirlərini bölüşüb: “Xanlar Muradov Azərbaycan teatrında öz yeri, öz çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifasını Musiqili Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Xanlar Muradov Musiqili Teatrda fəaliyyət göstərib, bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə əməkdar artist adına layiq görülüb”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm