Art
“Çölçü” filmi Buxarestdə beynəlxalq kinofestivalda nümayiş olunacaq
Rejissor Şamil Əliyevin “Çölçü” filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək beynəlxalq kinofestivalda nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, 2016-cı il 20-25 mayda keçiriləcək festival “PAMANTENİ” Birliyi və “Black Sea Arts”ın təşkilatçılığı ilə baş tutacaq. Doqquz ölkənin filmlərinin nümayiş olunacağı kinofestivalın məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərini təbliğ etmək, kinematoqrafın inkişafına yeni meyarlar gətirməkdir.
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 29 beynəlxalq festival və forumlarda iştirak edib, bir neçə mükafat və diploma layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi