Art
Aybəniz Haşımovanın tələbələri ingilisi belə heyrətləndirdi - VİDEO
Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında keçirilən Birinci Beynəlxalq Opera Festivalında görkəmli sənətkar Aybəniz Haşımovanın tələbələri xarici tamaşaçıları riqqətə gətirib.
Jurnalist Ekspert Mərkəzinin konsertdə olan əməkdaşı xəbər verir ki, "Sənət Akademiyasının təmsilçiləri –Davud Nəsirli və Nərmin Nərimanlının səhnədə böyük ustalıq göstərməsi Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) musiqi müəllimini heyrətləndirib. İngilis tamaşaçı yeniyetmə sənətçilərlə görüşündə yaşadığı zövqü bu ifadələrlə büruzə verib:
"Sizin ifanız, səhnə mədəniyyətiniz, jestləriniz möhtəşəmdir. Siz sanki uzun illərin böyük sənətkarlarısız. Gəlin birlikdə şəkil çəkdirək, siz böyüyəndə mən həmin fotonu hamıya göstərib fəxrlə deyim ki, bu dahi sənətkarlarla hələ onlar uşaq olanda birgə şəklim var".
Qeyd edək ki, Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.









-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













