Avropada nümayiş edilən son ayların ən yaxşı filmləri - VİDEO
Bizi izləyin

Art

Avropada nümayiş edilən son ayların ən yaxşı filmləri - VİDEO

Son illər Avropa filmləri Hollivuda meydan oxuyur. Belə görünür ki, effektlərin, macəra, döyüş və fantastikanın ön planda olduğu Hollivud filmlərinin son illərdə bir-birinə həddən artıq bənzəməsi izləyiciləri bezdirib.

Publika.az Avropada nümayiş edilən ən yeni filmləri təqdim edir:

Stefan Sveyq Avropa ilə vidalaşdı”

Mariya Şraderin “Stefan Sveyq Avropa ilə vidalaşdı” adlı filmi Almaniyada kinosevərlərə təqdim edilib.

Film məşhur yazar Stefan Sveyqin Braziliyada keçən sürgün illərindən bəhs edir. Stefan Sveyq 1930-cu illərdə Adolf Hitlerin Avropada güclənməsindən sonra özünü təhdid altında hiss edir. Elə bu dövrdə Hitler rejimi onun kitablarını qadağan edir. Vyanada doğulub-böyüyən yazar çətin bir qərar alaraq vətənini tərk edir. 1934-cü ildə Londona gedən Stefan Sveyq oradan ABŞ-a keçir, 1940-cı ildə isə Braziliyaya üz tutur.

Filmdə Stefan Sveyqin həyatının gənclik və qocalıq dövrləri də öz əksini tapıb. Film Mariya Şraderin karyerasındakı ikinci rejissorluq təcrübəsidir.

Con From”

Portuqaliyalı rejissor Jua Nikolaunun “Con From” adlı filmi Fransanın kinoteatrlarında nümayiş olunur.

Reallıqla xəyal aləminin bir-birinə qovuşduğu bu filmdə izləyici bir dəqiqə belə sıxılmağa imkan tapmır.

Anama qayıdış”

“Retour chez ma Mère” (“Anama qayıdış”) filmi əyləncəli vaxt keçirmək istəyənlər üçün nəzərdə tutulub. Komediya janrında olan filmin rejissoru Erik Laveyndir. Film uğurlu işlərə imza atan 40 yaşlı qadın memarın həyatının bir anda dəyişməsindən bəhs edir. O, əvvəl atasını, daha sonra da işini itirir. Bu da kifayət etmirmiş kimi, həyat yoldaşından boşanır və oğlunun vəlayətini ala bilmir. Bütün bunlardan sonra anasının evinə qayıtmalı olur. Bundan sonra isə tragikomik hadisələr baş verir.

Dünyəvi zövqlər bağı”

İspaniyada nümayiş edilən “Dünyəvi zövqlər bağı” son illərin ən yaxşı sənədli filmlərindən biri hesab edilir.

Film intibah dövrünün usta rəssamlarından olan, hollandiyalı İeronim Bosx və ona şöhrət gətirən “Dünyəvi zövqlər bağı” əsəri haqqındadır.

Rejissor Xose Luiz Lopez Linares Madridin “Prado” muzeyində saxlanılan əsəri görməyə gələn yazarlardan, filosoflardan, musiqiçilərdən və elm adamlarından əsər haqqındakı düşüncələrini soruşub. Yazar Salman Rüşdi, tarixçi Con Elliott və musiqiçi Uilyam Kristi kimi məşhur simaların yer aldığı film 90 dəqiqədir.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm