Amerikalılar rusların şəxsi əşyalarını SATIŞA ÇIXARIR - FOTO
Bizi izləyin

Art

Amerikalılar rusların şəxsi əşyalarını SATIŞA ÇIXARIR - FOTO

Rus imperatorlarının şəxsi əşyaları və incəsənət əsərləri hərraca çıxarılır.

Publika.az xəbər verir ki, hərrac sabah Nyu-Yorkda baş tutacaq. Hərraca çıxarılan 200 lotdan əksəriyyəti imperatorlara aiddir, bəziləri isə Sovet liderlərinin kolleksiyasındandır.

Bəzi əşyalar ümumiyyətlə ilk dəfə nümayiş olunacaq və xeyli maraq doğuracaq.

II Aleksandrın xanımı Mariyanın almaz qaşlarla bəzədilmiş mücrüsüdür. Onun başlanğıc qiyməti 18 min dollardır. Bundan başqa III Aleksandrın cib saatı da hərraca qoyulub. Saatın üzərində onun xanımının imzası var. Bu əşyanın da qiyməti 35 min dollar nəzərdə tutulur.

Lotların sırasında bəzəkli Faberje yumurtaları çoxluq təşkil edir. Bundan başqa bu brenddən olan gümüş portsiqar, stolüstü saat da var.

Həmçinin Sovet liderlərinin evlərini bəzəyən rəsm əsərləri və qravürlər də hərracda öz alıcısını tapacaq.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm