Art
Azərbaycan xalçaları Bolqarıstanda sərgiləndi - - FOTO
Azərbaycanın xalçaçılıq sənəti və ənənəsinin Bolqarıstanda tanıdılması və təbliği məqsədilə cari ilin 23-25 iyun tarixində Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilmiş “Adət-ənənələrin canlı alovu” adlı festivalda ölkəmizin Bolqarıstandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan xalçaları nümayiş etdirilib, tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb.
Tədbir ziyarətçilərin diqqətinə çatdırılıb ki, xalça istehsalı üzrə Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionları ixtisaslaşır, hər regionun xalçaları naxış, kompozisiya və rəng çalarlarına görə fərqlənir və ümumiyyətlə, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və onların sayının daha çox olması səbəbindən bizim xalçalar daha uzun istifadə müddəti ilə seçilir.
Festivalda həmçinin Bolqarıstan, İran, Mərakeş və Cənubi Amerika regionunun xalçaları, eləcə də Bolqarıstanda yaşayan müxtəlif xalqların sənəti nümunələri, mətbəx, musiqi, rəqslər və milli geyimləri nümayiş etdirilib. Festivalın açılışında Bolqarıstanın Xalq Məclisinin sədr müavini Tsveta Karayancheva iştirak edib.
Qeyd olunmalıdır ki, Azərbaycan xalçaları həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində təşkil olunmuş və 15 iyun-30 iyul 2017-ci il tarixləri əhatə edəcək “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilir.
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər