Art
"O qədər “ha-ha” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın"
Bu gün məşhur dramaturq, publisist və hekayə ustası Cəlil Məmmədquluzadənin anım günüdür.
Publika.az xəbər verir ki, Mirzə Cəlil 22 fevral 1869-cu ildə Naxçıvanda anadan olub, 1932-ci il yanvarın 4-də isə Bakıda vəfat edib.
Ədibin anım günü münasibətilə ən məşhur yazılarından biri olan "Sizi deyib gəlmişəm"i təqdim edirik.
“Sizi deyib gəlmişəm, ey mənim Müsəlman qardaşlarım.
O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə.
Çünki hükemalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
Ey mənim Müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “ha-ha” edib güldünüz ki, az qaldı bağırsaqlarmız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, "lənət şeytana” dediniz, vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim Müsəlman qardaşlarım. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz aynanı qabağınıza ve diqqətlə baxınız camalınıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə Türkün açıq ana dilində danışıram.
Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz.
Axırı biçarə ananız sizə deyirdi:
- Bala, ağlama, xortdan gələr, səni aparar. Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.
Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?
"Molla Nəsrəddin”, 7 aprel 1906, N 1.”
Zümrüd
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu