Art
Mərakeşin musiqi qrupu "Muğam Mərkəzi"nin qonağı oldu
Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Mərəkeş səfirliyi dəstəyi ilə konsert proqramı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş çıxış edib. Səfir qonaqlara Mərakeş mədəniyyəti və musiqisi barədə məlumat verib: "Qnava üslubu Mərakeşin mədəni irsinin əsas istiqamətlərindəndir. Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyasıdır. Qnava musiqisi ruhsal bir musiqisidir".
Səfir tədbirin reallaşmasında dəstək göstərən qurumlara, eləcə də Mugam Mərkəzinin rəhbərliyinə təşəkkür edib. O, qeyd edib ki, Mərakeşin Essauriya şəhərində hər il dörd gün ərzində Qnava Beynəlxalq Musiqi Festivalı keçirilir. Konsertdə Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifa nümayiş etdirilib. Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarıb.
Bu il İnnov Qnava qrupu Qremmi mükafatının “Ən yaxşı rəqs” nominasiyasına layiq görülüb.
Könül Cəfərli,
Fotolar: Səfiyar Məcnun
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var