Art
Dünyanın ən bahalı əsərindəki şifrə
Heç bilirsiniz dünyanın ən varlı qadın rəssamı kimdir? Bir neçə ay öncə Sotheby’s hərracında britaniyalı rəssam Cenni Savilin “Propped” əsəri 12,4 milyon dollara satıldı.
Publika.az xəbər verir ki, bu hadisədən sonra Savil dünyanın ən bahalı qadın rəssamına çevrildi. Ona qədərsə bu titulu “Bluewald” əsərini 9,8 milyon dollara satan Kedi Noland daşıyırdı.
"Propped" Savilin 1992-ci ildə çəkdiyi avtoportretidir. Əsərdə rəssam fransız feministi Lyüs İriqareyin sitatlarından istifadə edib.
Rəsm ilk dəfə 1997-ci ildə “Gənc britaniyalı rəssamlar” adlı sərgidə kolleksiyaçı Çarlı Saatçiyə satılmışdı. Ötən ilin oktyabrında hərracda avtoportretə qoyulan qiymət isə dodaq uçuqladır.
Xatırladaq ki, Savil daha çox çəkdiyi çılpaq qadın və transgender nümayəndələrinin rəsmləri ilə məşhurdur. O, müsahibələrində qeyd edir ki, çağdaş dünyanın rəssamı olmaq istəyir.
İncəsənət incə məsələ olduğu üçün əsərə dəyər verməyi oxucularımızın öhdəsinə buraxırıq.
Leyla Sarabi
-
İdman22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI