Art
"Aləmin Nəfəsi: Nəsimi" tamaşası beynəlxalq festivalda - FOTO
Türkiyədə keçirilən 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbarbaycan "Aləmin Nəfəsi: Nəsimi" tamaşası ilə təmsil olunacaq
Kayseri Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və İctimai işlər idarəsinin təşkilatçılığı ilə hər il Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçirilir. Artıq 14 ildir ki, təşkil edilən festivalda Azərbaycan şagirdləri də iştirak edir.
Publika.az xəbər verir ki,15 aprel-4 may tarixlərində baş tutacaq beynəxlalq teatr festivalında Azərbaycanı Türkiyənin Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm müşavirliyinin dəstəyi ilə Azərbaycan Milli Konservatoriyası nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil edəcəklər. Onlar festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar "Aləmin Nəfəsi: Nəsimi" tamaşası ilə çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadədir. Gimnaziyanın rəhbəri Aytən Əhmədova, Gimnaziyanın teatr bölümünün rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyeva və layihənin media rəhbəri "Kaspi" qəzetinin müxbiri, teatrşünas Xəyalə Məmmədova (Xəyalə Rəis) da festivalda iştirak edəcəklər.
Tamaşada rolları Nəsimi - Vəliyev Aliulla, Aişə - Namazlı Fidan, Fatimə - Həsənzadə Almaz, Nəimi - Quluzadə Rufiz, dərviş - Salmanzadə Məhəmməd ifa edəcəklər. Lirik janrda hazırlanmış tamaşanın müddəti 25 dəqiqədir.
Qeyd edək ki, bir sıra ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan tamaşası aprelin 19-da nümayiş olunacaq. Festivalda iştirak edəcək nümayəndə heyəti bu gün Türkiyənin Kayseri şəhərinə yola düşüb.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO