Art
Azərbaycan UNESCO-nun baş qərargahında konsert təşkil etdi
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə qurumun baş qərargahında “Caz sülhün xidmətində” adlı konsert keçirilib.
Publika.az "Report"a istinadən xəbər verir ki, konsert Azərbaycanın bu ilin oktyabrından Qoşulmama Hərəkatında başlanacaq sədrliyi çərçivəsində 24 aprel - Mültilateralizm və Diplomatiya sülhün xidmətində və 30 aprel - Beynəlxalq caz günlərinə həsr edilib.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov tədbirə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Azərbaycan Repsublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Anar Kərimov tədbir iştirakçılarına Qoşulmama Hərəkatı və Azərbaycanın hərəkatda rolu barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan quruma 2011-ci ildə qoşulmasına baxmayaraq qısa bir zamanda üzv dövlətlərin rəğbətini qazana bilib və buna görə də təşkilata sədrlik 2019-cu ildən etibarən üç il müddətinə ölkəmizə etibar edilib. A.Kərimov bildirib ki, Azərbaycanın sədrliyi dövründə hərəkata yeni ruh vermək, onu canlandırmaq və dünyada sülhün bərqəarar olması üçün bütün səylərini səfərbər edəcək. Caz konsertinin sülhə həsr edilməsi də məhz Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasətdən və dünyanın sülhə olan ehtiyacından qaynaqlanır.
Tədbirdə UNESCO yanında Qoşulmama hərəkatı qrupunun sədri, Venesuelanın daimi nümayəndəsi Hektor Konstan Rozales, Malinin daimi nümayəndəsi Omar Keita və UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika üzrə müavini Eduard Firmin Matoko çıxış edərək Azərbaycana bu cür konsertin təşkilinə görə təşəkkürlərini bildiriblər. Natiqlər Azərbaycanın UNESCO ideyalarının, sülhün, multileteralizmin və caz musiqisinin təbliği üçün apardığı fəaliyyəti yüksək qiymətləndirdiklərini bildiriblər.
Konsertdə 3 müxtəlif qitəni təmsil edən Azərbaycan, Mali və Venesuelanın tanınmış caz ustaları çıxış ediblər. Azərbaycanın əməkdar artisiti Tünzalə Ağayevanın ifası böyük alqışlarla qarşılanıb. Konsertin sonunda birlik və sülh mesajı kimi üç ölkənin musiqiçilərinin birgə musiqi parçası səsləndirilib.
Konsertdən sonra Azərbaycan daimi nümayəndəliyinin təşəbbüsü ilə 14 ölkənin milli mətbəxindən ibarət ziyafət verilib. Təşəbbüsə Azərbaycandan əlavə Əfqanıstan, Banqladeş, Boliviya, Kuba, İndoneziya, Qətər, Pakistan, Fələstin, Tailand, Zambiya, Mali, Səudiyyə Ərəbistanı və Venesuela daimi nümayəndəlikləri qoşulublar.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO