Art
Əfsanəvi rejissordan XOŞBƏXTLİK HAQQINDA bir neçə söz
Əfsanəvi rejissor və aktyor Konstantin Stanislavski 70 illik yubileyində aktyorların xahişi ilə gül bükülmüş kağızın kiçik hissəsini qoparıb bir neçə cümlə yazır.
“Az yaşamadım. Çox şey gördüm. Varlandım. Kasıbladım. İşığı duydum. Arzuladığım ailəyə, övladlara sahib oldum. Həyat külək kimi hərəsini dünyanın bir küncünə qovdu. Şöhrət axtardım. Tapdım da…
Gənc idim. Yaşlandım. Ölməyin vaxtı yetişir.
İndi soruşun: yer üzünün xoşbəxtliyi nədədir?
Qavrayışda. İncəsənətdə və ona doğru aparan peşədə. İçindəki incəsənəti qavradıqca təbiəti, dünyanın ömrünü, mənasını və qəlbini hiss edirsən. Əsl istedad, ən uca xoşbəxtlik budur.
Bəs uğur?
Vəhşilikdir.
Gərək o qədər darıxdırıcı həyatın olsun ki, təbrikləri qəbul edib, təşəkkür məktubu yazasan. Müsahibə diktə edəsən.
Yox… Ən yaxşısı evdə oturub qəlbindəki bədii obrazın doğumunu izləməkdir.
Leyla Sarabi
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir