Bəhram Bağırzadə ermənilərə OD QOYDU: Şuşa...
Bizi izləyin

Art

Bəhram Bağırzadə ermənilərə OD QOYDU: Şuşa...

Bəhram Bağırzadənin yeni kitabı erməni mətbuatını, xüsusilə Azərbaycana qarşı təbliğat aparanları ciddi narahat edib.

Kult.az xəbər verir ki, Moskvada hər il keçirilən kitab yarmarkasında Bəhram Bağırzadənin kitabı ilə tanış olan erməni jurnalist burada yazılanların hamısının “saxta olması”nı müxtəlif faktlarla sübut etməyə çalışıb.

Müəllif 32 səhifəlik “Uşaqlar üçün Şuşa” kitabının rəngarəng olmaqla bərabər, guya uşaqlar üçün “zəhərli” olduğunu da iddia edib.

Erməni müəllifi “Parni iz Baku” üzvünün kitabında ilk növbədə Şuşa ilə bağlı yazılan informasiyalar narahat edib. Belə ki, Şuşanın Azərbaycan torpağı olmasını qəbul etməyən erməni müəllif hətta daha da irəli gedərək, Bağırzadəni niyə Şuşanı ermənilərin tikməsiylə bağlı bir söz belə işlətməməkdə “günahlandırıb”. Bununla bərabər erməni mətbuatı guya kitabda yer alan Pənahəli xan Cavanşirin və ümumiyyətlə, Cavanşirlərin Azərbaycanla, Qarabağla əlaqəsinin olmadığı haqda həyasız iddia da səsləndirib.

Daha sonra kitabda Qarabağda muğamdan bəhs edən Bəhramı yenə hədəf götürən ermənilər bu dəfə də muğamın Azərbaycana aid olmadığını bildiriblər və daha çox Şərqin və Kiçik Asiyanın “məhsulu” adlandırıblar. Azərbaycanın tarixini fars tarixi ilə müqayisə edən müəllif Nizami, Qacarlar, Şuşa məscidinin farslarla bağlı olduğunu və indi də məhz bu məscidin real iranlılar tərəfindən restavrasiya edildiyini bəyan ediblər.

Qeyd edək ki, B.Bağırzadənin “Parni iz Baku”dan məşhurluğu kitabın Rusiyada populyarlığını stimullaşdırır ki, bu da həqiqətlərin yayılmasında rol oynayır. Bu fakt isə erməniləri həddən artıq narahat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm