Art
Azərbaycan filmi Tokio Beynəlxalq Film Festivalında
Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə Hilal Baydarovun ssenari müəllifi və rejissoru olduğu “Durna Çırağı” bədii filminin dünya premyerası təqdim olunacaq.
Publika.az xəbər verir ki, bu barədə təşkilatçıların “Tokyo Midtown Hibiya”nın “Base Q Hall” mərkəzində təşkil edilmiş mətbuat konfransında məlumat verilib. Azərbaycan filmi festivalın əsas mükafatı olan “Tokyo Grand Prix” uğrunda müsabiqəyə qatılacaq. Bildirilib ki, festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nu dünya premyerası olacaq. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Oktyabrın 30-dan noyabrın 8-dək davam edəcək 34-cü festivalın münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.
Məlumat üçün bildirək ki, Durna Çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsanova, Kamran Hüseynov kimi aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
H.Baydarov kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə yayımlanan “Adsız yüksəkliklər”dir. Filmin premyerası “Monreal” film festivalında baş tutub. Azərbaycanlı rejissor həmin il “Sarayevo” film festivalında “Ad günü” filmi ilə iştirak edərək “Docu Talent” mükafatına layiq görülüb.
2020-ci ildə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalında iştirak edib. Rejissorun “Xurmalar yetişən vaxt” filmi də bir sıra festivallarda uğur qazanıb. Həmin film 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub. Bununla yanaşı, həmin film “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülüb. Film Misirin İsmailiyyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında da mükafat alıb.
Qeyd edək ki, bu, Tokio beynəlxalq Film Festivalında təqdim edilən ikinci Azərbaycan filmi olacaq. Bundan əvvəl, 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi həmin festivalın iştirakçısı olub.
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI