Art
Azərbaycan nümayəndə heyəti Bişkekdə "Ata-Beyit" memorial kompleksini ziyarət etdi
Bişkekdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti aprelin 22-də "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli abidənin önünə çələng qoyub. Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və mədəniyyət xadimlərimiz kompleksin qarşısına tər qərənfillər düzüblər.
Sonra kompleks ərazisində dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb, ədibin ruhuna Qurani-Kərimdən ayə oxunub.
Daha sonra kompleksin muzey bölməsi ilə tanışlıq olub. Nümayəndə heyətinə memorial kompleks və muzey haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Ata-Beyit" kompleksi 8 iyul 2000-ci ildə açılıb. Çuy vilayətinin Alamudin rayonunun Taş-Döbö kəndində yerləşən kompleksə qəbiristanlıq, abidələr, heykəllər və yurt şəklində tikilmiş muzey daxildir. Memorial kompleks Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” (“Ataların məzarlığı”) adlandırılıb.
Burada 1930-cu illər Stalin repressiyalarının qurbanları, 1938-ci ilin 5-8 noyabr tarixlərində qətlə yetirilən 137 qırğız ziyalısının və 19 etnik qrupun nümayəndəsinin xatirəsinə 1991-ci ildə ucaldılmış abidə və digər yaddaş tikililəri mövcuddur. Siyasi baxışlarına görə edama məhkum edilən Qırğızıstanın görkəmli siyasi, dövlət və ictimai xadimləri arasında Ç.Aytmatovun atası Törökul Aytmatov da olub. Repressiya qurbanlarının adları muzeydəki xatirə lövhəsində həkk edilib və orada onların şəxsi əşyaları və sənədləri saxlanılır.
Ərazidəki “Urkun” abidəsi isə qırğız xalqının rus ordusuna hərbi xidmətə çağırılmasına qarşı 1916-cı ildə baş verən üsyanı və sonradan onların Çinə qaçışını simvolizə edir.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto






.jpg)
.jpg)
.jpg)



.jpg)

























