Art
Nazirlik Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yaydı
Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar nekroloq yayımlayıb.
Publika.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino və teatr aktrisası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Şabanova 2026-cı il noyabrın 25-də, 86 yaşında vəfat edib.
Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakı şəhərində anadan olub. 1962-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsindən, 1969-cu ildə isə həmin institutun Rejissorluq fakültəsindən məzun olub. 1962–1997-ci illərdə bu ali təhsil ocağında pedaqoji fəaliyyət göstərib, gənc aktyor nəslinin yetişməsinə töhfə verib.
Uzun illər ərzində Azərbaycan kino sənətində özünəməxsus yaradıcılıq dəst-xətti ilə seçilən aktrisa bir sıra ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb. Onun xüsusilə "Səhər", "Qəm pəncərəsi", "Təhminə", "Fəryad" və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub.
Sənətkarın radio və televiziya tamaşalarında oynadığı rollar da böyük maraqla qarşılanıb.
Aktrisanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə "Əməkdar artist", 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin".
-
İdman21:47"Sabah" "Barselona"ya qarşı - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq








.jpg)





























