Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
Bizi izləyin

Art

Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video

Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video

"Azərbaycanlı aktyor Şahin Nəsirov hazırda küçə həyatı yaşayır və yoxsulluq içindədir".

Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə aktrisa Rada Nəsibova danışıb.

O, bildirib ki, bir zamanlar seriallardan tanıdığımız aktyor Şahin Nəsirovun bu gün yoxsulluq içində küçə həyatı yaşadığını görmək həqiqətən çox ağırdır:

"Xahiş edirəm, bu məsələni araşdırın, işıqlandırın, Şahin müəllimin harada olduğunu, hansı şəraitdə yaşadığını öyrənin. Bəlkə də bu paylaşım kimlərinsə köməyə çatmasına səbəb oldu.

Aktyor həmkarlarıma da müraciət edirəm. Kim bu məsələyə biganə qalmayıb dəstək olmaq istəyirsə, mənə yazsın. Gəlin, birlikdə kiçik də olsa, maddi yardım toplayaq və ona dəstək olaq.

Unutmayaq ki, damla-damla göl olar. "İmkanım yoxdur" deyib bu dərdin yanından keçməyək. Bəlkə də bizim kiçik hesab etdiyimiz bir kömək onun üçün böyük ümid olar.

Bu gün ona uzadacağımız əl sabah hər hansı birimizin ehtiyacı olan anda bizə uzadılan əl ola bilər. Gəlin, biganə qalmayaq!".

Qeyd edək ki, Şahin Nəsirov "Həyat sən nə qəribəsən", "Tək olanda qorxma", "Döngələr","Ağanatiq", "Hörümçək toru", "Dəlixanadan məktublar" kimi film və seriallarda rol alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm