Art
Bişkekdəki "Manas” Milli Teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi - FOTOLAR
Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı təqdim olunub.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Aprelin 24-də Bişkek şəhərindəki “Manas” Milli Teatrında keçirilən konsertdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər Xalq artisti Munis Şərifov) çıxış edib.
Ansamblın solisti, Xalq artisti Teyyub Aslanov Ə.Bədəlbəylinin “Dumanlı Təbriz” mahnısı, "Bayatı-Şiraz" təsnifi, “Azərbaycan maralı” və “Gülə-gülə” xalq mahnılarını ifa edib.
Ansamblın digər solisti, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında F.Əmirovun “Reyhan”, İ.Topçubaşovun “Söz olmasaydı”, Ə.Tağıyevin “Qal, sənə qurban” mahnıları və “Sarı gəlin” Azərbaycan xalq mahnısı səslənib.
Kollektivin bədii rəhbəri, Xalq artisti Munis Şərifov E.Sabitoğlunun “Şirin dil” (solo), ansambl isə Ə.Marağayinin "Hüseyni bəstə", "Qədim türk musiqisi” və “Bayatı-Şiraz rəngi”ni ifa edib.
Həmçinin solistlər T.Aslanov və N.Hüseynova (duet) Ə.Tağıyevin “Azərbaycan” mahnısını və "Yaylıq" xalq mahnısını səsləndiriblər.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildə professor, sənətşünas-alim, Xalq artisti Məcnun Kərim (1945-2013) tərəfindən yaradılıb. Ansamblda çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu və rübab kimi qədim musiqi alətləri yer alır.
Kollektiv indiyədək musiqi mədəniyyətimizi bir sıra ölkələrdə uğurla təmsil edib.



















-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub













.jpg)
.jpg)



















.jpg)




