Art
Leyla və Arzu Əliyevalar tələbə və gənclərin konsertində iştirak etdilər - Foto
Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gənc pianoçularının konserti keçirilib.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.
Tədbiri “Baku Chamber Orchestra” Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə açıb. Ardınca maraqlı və rəngarəng çıxışlar təqdim olunub. Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.
Qeyd edək ki, “Simurq” layihəsinin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq və onları dəstəkləməkdir. Tədris ili boyunca layihəyə seçilmiş iştirakçılar Moskva Konservatoriyası nəzdindəki Mərkəzi Musiqi Məktəbi, Moskva Konservatoriyası, Qnesin adına Musiqi Kolleci, Xorvatiya Musiqi Akademiyası və digər nüfuzlu təhsil müəssisələrinin peşəkar müəllimləri ilə çalışırlar.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub


































.jpg)




