Art
Elxan Cəfərova vəzifə verildi - FOTO
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.
Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub.
Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan “Yuğ” teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995–1997-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki “Proloq” studiyasının bədii rəhbəri olub.
Elxan Cəfərov məktəbli yaşlarından bir sıra filmlərdə (“Sevinc buxtası”, “Hazır ol, əlahəzrət”, “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Bağ mövsümü” və s.) çəkilib.
O, rejissor kimi “Əlvida” (2007), “Əlavə təsir” (2010), “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015), "Cənnət yuxusu" (2025) və s. bədii filmləri lentə alıb.
Rejissor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
“Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)





















