Art
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı
Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsasən, 100-dən çox şəxs müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunub. Attestasiyanın nəticələrinə əsasən keçirilən təlim prosesi V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət, R.Behbudov adına 2 nömrəli onbirillik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəblərində 2 ay müddətində təşkil olunacaq.
Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov təlim iştirakçıları ilə görüşərək, dərs qrafiki ilə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bu təlimlərin əsas məqsədinin təhsilverənlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olduğunu vurğulayıb.
Təlim proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına əsaslanaraq tərtib olunub. Bu proqramlar fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə iştirakçıların təkmilləşməsi və inkişafına yönəldilib. Təlimlər pedaqoji təcrübəyə malik peşəkar müəllimlər və mütəxəssislər tərəfindən aparılır.
Qeyd edək ki, musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq üç əleyhinə, iki lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla, onlara yenidən şans yaradılacaq. Belə ki, bu şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub


































.jpg)




