Art
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət etdilər - FOTO
Mayın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.
Publika.az xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar.
Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin xalçaların hazırlanma prosesinə baxış keçiriblər. Məlumat verilib ki, bu proses yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların yaradılması və toxunmasından ibarətdir.
Daha sonra onlar festivalda iştirak edən yerli və xarici qonaqlarla səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü














.png)





















