Art
Muğam müsabiqəsində nə baş verib? - Xalq artistindən iddialara cavab
Gənc xanəndə Rəqsanə Ağayeva Muğam müsabiqəsinin seçimlərinin ədalətli keçirilmədiyini iddia edir.
Publika.az modern.az-a istinadən yazır ki, bu barədə gənc ifaçı sosial şəbəkə hesabında paylaşım edib.
“Müsabiqədə məni bilərəkdən kəsdilər. Şəffaflıq yoxdur. Hər münsif öz tələbəsini keçirir növbəti 20-liyə. Nə üçün məni kəsdiklərini soruşduqda heç kim cavab vermir, deyirlər səni gərək Şamaxıdan seçib gətirməyərdik. Xaric oxumuram, səsimdə xırıltı yox. Nə vaxta qədər haqsızlıq olar?” - deyə gənc xanəndə paylaşımında bildirib.
Tanınmış müğənni Nişanə Baxışova da paylaşıma dəstək verərək illər əvvəl eyni haqsızlıqla üzləşdiyini və bunun illərdir davam etdiyini bildirib.
Münsiflər heyətinin üzvlərindən olan Xalq artisti Nəzakət Teymurova iddialarla bağlı saytımıza açıqlama verib.
Onun sözlərinə görə, Rəqsanə birinci turda bərbad gündə ifa etmişdi, həm də biraz aqressiv idi, ağzına gələni danışırdı, ifaçıları regionlara bölürdü:
“Seçilməyənlər arasında mənim də tələbələrim olub. Eləcə də başqalarının da tələbələrindən seçilməyənlər var. Yəqin həmin gün yaxşı oxumayıb ki, keçməyib. Ondan da güclü tələbələr olub ki, imtahandan keçməyib. Yəqin ki, ondan gözəl ifaçılarımız olub ki onlar seçilib. Şikayət edənlərdən biri də mənim magistratura pilləsində təhsil alan tələbəm-Nuranə Haqverdiyeva olub. Onda mən öz tələbəmi seçərdim də. Yəni 8 münsifin hər biri qərar verməlidir ki, hansı ifaçı digərindən üstün oxuyub. Muğam müsabiqəsindən sonra həmişə belə fikirlər irəli sürülür. İnşallah, Rəqsanə özünü yenidən sınayar. Özünü yaxşı göstərsin ki, yenidən muğam müsabiqələrinə qatıla bilsin” - Nəzakət Teymurova qeyd edib.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub

































.jpg)




